ELANLAR
Mərkəzi Bank tələbələr üçün Virtual Təhsil Platforması hazırlayıb
09
10
Tələbələrimizin nəzərinə!
Mərkəzi Bank tərəfindən məsafədən kurslar - Virtual Təhsil Platforması (VTP) hazırlanaraq istifadəyə verilib. Platformada iqtisadiyyat və bank-maliyyə sahəsində bilik və bacarıqların əldə edilməsini dəstəkləyən 40-dan çox kurs təklif olunur. VTP ödənişsiz olaraq fəaliyyət göstərir.
Tələbələr virtual təhsil platformasında hər hansı kurs üzrə istənilən vaxt qeydiyyatdan keçib video-mühazirələrə, testlərə və digər tədris materiallarına çıxış əldə edə bilərlər. Təhsil prosesi mərhələli mənimsəmə və özünətəhsil prinsiplərinə əsaslanır. Kursları müvəffəqiyyətlə bitirmiş və yekun qiymətləndirmədə uğurlu nəticə əldə etmiş istifadəçilər Mərkəzi Bank tərəfindən müvafiq sertifikatla təmin olunur.
Platformada təklif olunan kurslar ali təhsil müəssisələrində təhsil alan gənclərin bilik və bacarıqlarının artırılması və onların gələcək karyerası üçün faydalıdır.
Platformanın məqsədi müvafiq təhsil istiqamətində bilik və bacarıqların formalaşdırılması üçün ənənəvi təlim üsullarını müasir formatda təklif etməkdir. Virtual təhsil platfomasının interaktiv multimedia resurslarından istifadə etməklə, istənilən yerdə və istənilən zaman peşəkarlıq səviyyəsini təkmilləşdirmək mümkündür.
Daha ətraflı məlumatı keçidə daxil olaraq əldə etmək mümkündür.
İctimaiyyətlə əlaqələr şöbəsi