ELANLAR

Mövlanə Mübadilə Proqramına qəbul başlayır

04
02

Mövlanə Mübadilə Proqramı ilə Türkiyə universitetlərində təhsil almaq istəyən tələbələrin və tədris prosesində iştirak etmək istəyən müəllimlərin nəzərinə:

Azərbaycan Universiteti 2019/2020-ci tədris ili üçün Mövlanə Mübadilə Proqramına sənəd qəbulu elan edir. Proqram ilə bağlı əlaqələndiricilik məsələləri universitetin Beynəlxalq əlaqələr şöbəsi tərəfindən icra olunur. Mübadilə proqramında iştirak etmək istəyən müəllim və tələbələr tələb olunan müvafiq sənədləri 20 fevral 2019-cu il tarixinə qədər şöbəyə təqdim etməlidirlər.

Tələbələr tərəfdaş Türkiyə universitetlərində minimum 1 (bir), maksimum 2 (iki) semestr təhsil ala bilərlər. Akademik heyət isə minimum 2 (iki) həftədən maksimum (3) üç aya qədər tərəfdaş universitetlərdə tədris prosesində iştirak edib mühazirə oxuya və müxtəlif birgə tədqiqatlara qoşula bilərlər.

Proqramda iştirak edə bilmək üçün tələbələr bakalavriat, magistratura və fəlsəfə doktorluğu hazırlığı üzrə doktoranturada təhsil almalıdırlar. Bakalavr pilləsində təhsil alan tələbələrin 4 ballıq GPA üzrə orta balı ən azı 2,5; magistratura və doktorantura pilləsində təhsil alanların isə 4 ballıq GPA üzrə orta balı ən az 3.00 olmalıdır. Türkiyə ali təhsil müəssisələrinə digər ölkələrdən gələn tələbələrə müəyyən nisbətlərdə qrantlar verilir.

Mövlanə Mübadilə Proqramı Türkiyə Ali Təhsil Qurumu (Türkiye Yüksek Öğretim Kurulu-YÖK) tərəfindən yaradılan və Türkiyə Respublikasının maliyyələşdirdiyi proqramdır. Proqramın məqsədi Türkiyənin ali təhsil müəssisələri ilə bölgə və dünya ölkələrinin ali təhsil ocaqları arasında tələbə və akademik heyətin mübadiləsini həyata keçirmək, mədəniyyətlərarası dialoqun artmasına dəstək göstərmək və zənginləşməsini təmin etməkdir.

Tərəfdaş universitetlər və mövcud yerlər

Anadolu Universiteti / Tələbələr üçün

  • İqtisadiyyat - 2 bakalavriat, 2 magistratura, 2 doktorantura
  • Menecment - 2 bakalavriat, 2 magistratura, 2 doktorantura
  • Mühasibat - 2 bakalavriat, 2 magistratura, 2 doktorantura

Anadolu Universiteti / Pedaqoji heyət üçün

  • İqtisadiyyat - 2 nəfər
  • Menecment – 2 nəfər
  • Mühasibat – 2 nəfər

Gaziantep Universiteti / Tələbələr üçün

  • Dil-ədəbiyyat - 2 bakalavriat, 2 magistratura
  • Riyaziyyat - 1 bakalavriat
  • Tarix - 2 bakalavriat, 1 magistratura
  • Mühasibat və maliyyə menecmenti - 2 bakalavriat, 1 magistratura
  • İqtisadiyyat - 2 bakalavriat, 1 magistratura
  • Menecment - 1 bakalavriat
  • Marketinq və satış menecmenti - 1 bakalavriat
  • Təhsil (Education) - 1 bakalavriat
  • Sosial biliklər - 1 bakalavriat
  • Kompüter elmləri - 1 bakalavriat

Gaziantep Universiteti / Pedaqoji heyət üçün

  • Dil-ədəbiyyat – 1 nəfər
  • Riyaziyyat – 1 nəfər
  • Tarix – 2 nəfər
  • Mühasibat və maliyyə menecmenti -1 nəfər
  • İqtisadiyyat - 1 nəfər
  • Menecment - 1 nəfər
  • Marketinq və satış menecmenti – 1 nəfər
  • Təhsil (Education) – 2 nəfər
  • Sosial biliklər – 2 nəfər
  • Kompüter elmləri – 2 nəfər

Gazi Osmanpaşa Universiteti / Tələbələr üçün

  • Tarix – 2 nəfər
  • Ryaziyyat – 2 nəfər
  • İqtisadiyyat – 2 nəfər

Gaziosmanpaşa Universiteti / Pedaqoji heyət üçün

  • Tarix – 2 nəfər
  • Riyaziyyat – 2 nəfər
  • İqtisadiyyat – 2 nəfər

Hacettepe Universiteti / Tələbələr üçün

  • Maliyyə - 5 bakalavriat, 2 magistratura, 2 doktorantura
  • Tarix - 1 bakalavriat , 1 magistratura, 1 doktorantura
  • Riyaziyyat - 2 bakalavriat, 2 magistratura, 1 doktorantura
  • İqtisadiyyat - 1 bakalavriat, 1 magistratura, 1 doktorantura
  • Sosial iş - 3 bakalavriat, 3 magistratura
  • Kompüter mühəndisliyi - 1 bakalavriat , 1 magistratura, 1 doktorantura

Hacettepe Universietti / Pedaqoji heyət üçün

  • Maliyyə - 3 nəfər
  • Tarix – 1 nəfər
  • Riyaziyyat – 1 nəfər
  • İqtisadiyyat – 1 nəfər
  • Sosial iş – 3 nəfər
  • Kompüter mühəndisliyi – 1 nəfər

İnönü Universiteti / Tələbələr üçün

  • İngilis dili və ədəbiyyatı - 2 bakalavriat
  • Maliyyə - 2 bakalavriat, 2 magistratura
  • İngilis dili müəllimliyi - 2 bakalavriat
  • Menecment - 2 bakalavriat
  • Tarix - 2 bakalavriat
  • Kompüter mühəndisliyi - 2 bakalavriat
  • Riyaziyyat - 2 bakalavriat

İnönü Universiteti / Pedaqoji heyət üçün

  • İngilis dili və ədəbiyyatı – 2 nəfər
  • Maliyyə - 2 nəfər
  • İngilis dili müəllimliyi – 2 nəfər
  • Menecment – 2 nəfər
  • Tarix – 2 nəfər
  • Kompüter mühəndisliyi – 2 nəfər
  • Riyaziyyat – 2 nəfər

Mehmet Akif Ersoy Universiteti / Tələbələr üçün

  • Memarlıq və şəhər planlaşdırılması - 2 bakalavriat
  • Menecment və idarəetmə - 2 bakalavriat
  • Təhsil (Eğitim) - 2 bakalavriat
  • Humanitar elmlər - 2 bakalavriat
  • Dillər və filologiya elmləri - 2 bakalavriat
  • Fen Bilimleri - 2 bakalavriat
  • Sosial Bilgilər - 2 bakalavriat

Mehmet Akif Ersoy Universiteti / Pedaqoji heyət üçün

  • Memarlıq və Şəhər planlaşdırılması- 2 nəfər
  • Menecment və idarəetmə - 2 nəfər
  • Təhsil (Eğitim) – 2 nəfər
  • Humanitar elmlər – 2 nəfər
  • Dillər və filologiya elmləri – 2 nəfər
  • Fen bilimleri – 2 nəfər
  • Sosial bilgilər – 2 nəfər

Selçuk Universiteti / Tələbələr üçün

  • Modern Avropa Dilləri - 2 bakalavriat, 2 magistratura, 2 doktorantura
  • Kompüter mühəndisliyi - 2 bakalavriat, 2 magistratura, 2 doktorantura
  • Tarix - 2 bakalavriat, 2 magistratura, 2 doktorantura
  • İqtisadiyyat - 2 bakalavriat, 2 magistratura, 2 doktorantura

Selçuk Universiteti / Pedaqoji heyət üçün

  • Modern Avropa Dilləri – 2 nəfər
  • Kompüter mühəndisliyi – 2 nəfər
  • Tarix – 2 nəfər
  • İqtisadiyyat – 2 nəfər

Akdeniz Universiteti

  • İnglis dili - 2 nəfər bakalavriat/magistratura
  • İqtisadiyyat - 2 nəfər bakalavriat/magistratura
  • Maliyyə - 2 nəfər bakalavriat/magistratura
  • Komputer mühədisliyi - 2 nəfər bakalavriat/magistratura
  • Tarix - 2 nəfər bakalavriat/magistratura

Karabük Universiteti

  • İqtisadiyyat - 2 nəfər bakalavriat/magistratura
  • Biznes/Menecement - 2 nəfər bakalavriat/magistratura
  • Komputer mühədisliyi - 2 nəfər bakalavriat/magistratura
  • Tarix - 2 nəfər bakalavriat/magistratura

Kahramanmaraş Universiteti

  • İqtisadiyyat - 2 nəfər bakalavriat/magistratura
  • Biznes/Menecement - 2 nəfər bakalavriat/magistratura
  • Komputer mühəndisliyi - 2 nəfər bakalavriat/magistratura
  • Tarix - 2 nəfər bakalavriat/magistratura

İstanbul Universiteti

  • Biznes/Menecement - 3 nəfər bakalavriat/magistratura/doktorantura
  • Maliyyə - 3 nəfər bakalavriat/magistratura/doktorantura
  • Marketing- 3 nəfər bakalavriat/magistratura/doktorantura
  • İqtisadiyyat - 3 nəfər bakalavriat/magistratura/doktorantura
  • İnglis dili tərcümə - 1 nəfər bakalavriat

Kocaeli Universiteti

  • Marketing
  • İqtisadiyyat
  • Sosial iş

Balikesir Universiteti

bakalavriat/magistratura/doktorantura

  • İqtisadiyyat
  • Dil və Ədəbiyyat
  • Biznes
  • Kompüter mühəndisliyi

Daha ətraflı məlumat üçün
Beynəlxalq əlaqələr şöbəsi
Tel: (+99412) 449 96 45
E-poçt: international.office@au.edu.az

İctimaiyyətlə əlaqələr şöbəsi
04.02.2019