ELANLAR

Professor-müəllim heyəti üçün Polşanın Krakov Universitetinə qəbul elan edilir

25
01

Azərbaycan Universitetinin professor-müəllim heyətinin nəzərinə!

Beynəlxalq əlaqələr şöbəsi “Erasmus+” mübadilə proqramı çərçivəsində tam ştat müəllimlər üçün Polşanın Krakov İqtisadiyyat Universitetinə qəbul elan edir. Mübadilə 2022/2023-cü tədris ilinin yaz semestri ərzində, 1 həftə müddətində nəzərdə tutulub. Mübadilə proqramında iştirak üçün əsas şərt ingilis dili biliklərinin yüksək olmasıdır.

Polşanın Krakov İqtisadiyyat Universitetində akademik mübadilədə iştirak etmək istəyən müəllimlər CV-lərini bakhtiyar.badalov@au.edu.az elektron poçt ünvanına göndərə bilərlər. 

Son müraciət tarixi 6 fevral 2023-cü ildir.

İctimaiyyətlə əlaqələr şöbəsi