ELANLAR

X Daxili Şahmat Turniri keçiriləcək

14
11

Tələbələrimizin nəzərinə!

Azərbaycan Universitetinin ənənəvi daxili şahmat turniri bu il 8 dekabr 2023-cü il tarixində keçiriləcəkdir. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan turnir artıq onuncu dəfədir ki, keçirilir. Müsabiqə tələbələrin asudə vaxtlarının səmərəli təşkili və şahmatın kütləviliyinin artırılması məqsədi ilə təşkil olunur. 

Müsabiqədə Azərbaycan Universitetinin bütün tələbələri iştirak edə bilərlər. Qeydiyyat İctimaiyyətlə əlaqələr şöbəsi və dekanlıqlarda aparılır. Müraciət üçün son tarix 30 noyabr 2023-cü ildir.

Bütün iştirakçılara uğurlar arzulayırıq!

İctimaiyyətlə əlaqələr şöbəsi
14.11.2023