ELANLAR

Polşanın Krakov İqtisadiyyat Universitetinə sənəd qəbulu elan olunur

06
05

Tələbələrimizin nəzərinə!

Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsi “Erasmus+” mübadilə proqramı çərçivəsində Polşanın Krakov İqtisadiyyat Universitetinə tələbə mübadiləsi üçün sənəd qəbulu elan edir. 2024/2025-ci tədris ilinin payız semestrini Polşada (bir semestr müddətində) oxumaq istəyən  tələbələrimiz Beynəlxalq əlaqələr şöbəsinə  (IV mərtəbə, 526/524-cü otaqlar) müraciət edə bilərlər.

Proqram iştirakçıların bütün xərclərini qarşılayır.  Mübadilə proqramında iştirak etmək istəyən tələbələrin seçimi ayrılmış yerlərin sayı (kvota) üzrə müsahibə yolu ilə aparılacaqdır. Müsahibədə uğurlu olan tələbə təhsilini növbəti semestrdən Krakov İqtisadiyyat Universitetində davam etdirəcəkdir. 

Mübadilə proqramında iştirak etmək üçün şərtlər aşağıdakılardır: 

  • Tələbənin GPA balı minimum 2.5 (75-dən yuxarı) olmalıdır;
  • Tələbənin ingilis dili bilikləri minimum B2 səviyyəsində olmalıdır;
  • İxtisas üzrə uyğunluq gözlənilməlidir.

Proqrama müraciət üçün son tarix 15 may 2024-cü ildir. 

İctimaiyyətlə əlaqələr şöbəsi