ELANLAR

Rumıniyanın Timişoara Qərb Universitetinə sənəd qəbulu elan olunur

28
03

Tələbələrimizin nəzərinə!

Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsi “'Erasmus+” proqramı çərçivəsində Rumıniyanın Timişoara Qərb Universitetinə tələbə mübadiləsi üçün sənəd qəbulu elan edir. 2023/2024-cü ilin payız semestrini Rumıniyada oxumaq istəyən tələbələrimiz ətraflı məlumat üçün Beynəlxalq əlaqələr şöbəsinə (IV mərtəbə, 526/524-cü otaqlar, sevlan.gurbanova au.edu.az) müraciət edə bilərlər. 

Tələbələrin mübadilə proqramına seçimi müsahibə yolu ilə aparılacaqdır. Mübadilə proqramında iştirak etmək istəyənlər aşağıdakı tələblərə cavab verməlidir:

  • İngilis dili bilikləri minimum B2 səviyyəsində olmalıdır;
  • GPA balı minimum 2.5 olmalıdır;
  • İxtisas üzrə uyğunluq gözlənilməlidir.

Proqram iştirakçıların bütün xərclərini qarşılayır. Müraciət üçün son tarix  07 aprel 2023-cü ildir.

İctimaiyyətlə əlaqələr şöbəsi