ELANLAR

Sinteks MMC MBA tələbələri üçün təcrübə proqramı elan edir

26
10

MBA tələbələrinin nəzərinə!

Sinteks MMC-nin İnsan resursları departamentinin Təlim və inkişaf şöbəsi tərəfindən noyabr - may aylarını əhatə edən təcrübə proqramı təşkil ediləcək. Proqramda iştirak üçün MBA təhsili alan tələbələr tələb olunur.

Əsas tələblər aktiv,öyrənməyə maraqlı olmaq, rus və ingilis dillərini bilməkdir.

Təcrübə proqramında iştirak etmək istəyən MBA tələbələri Karyera Mərkəzinə müraciət edə bilər. Karyera Mərkəzi 410 nömrəli otaqda fəaliyyət göstərir.

Qeyd edək ki, 1996-cı ildə Bakı şəhərində əsası qoyulan “Sinteks” Şirkətlər Qrupu Qafqaz və Mərkəzi Asiyada ən böyük və uğurlu pərakəndə satış  şirkətlərindən biridir. Dünyanın aparıcı moda brendlərini təmsil edən şirkət dəb, zərgərlik və qida sahələrində 80-dən artıq mağazaya rəhbərlik edir.

İctimaiyyətlə əlaqələr şöbəsi
26.10.2018