ELANLAR

Magistrant, doktorant və dissertantlar üçün növbəti təlimlər başlayır

17
11

Azərbaycan Universitetinin magistrant, doktorant və dissertantları üçün “Tədqiqat üsulları”na həsr olunmuş təlimlərə start verilir. 19 noyabr, 3 dekabr və 17 dekabr 2020-ci il tarixlərində keçiriləcək təlimləri professor Paul Gibbs “Microsoft Teams” platforması üzərindən ingilis dilində aparacaq.

Universitetin Təlim və Tədris Mərkəzi ilə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi tərəfindən birgə təşkil olunan təlimlərin başlama saatı 12.00-dir.

Təlimlərdə iştirak etmək istəyən magistrant, doktorant və dissertantlar Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinə müraciət edə bilərlər.

Tel.: (+994 12) 431 41 12/13/16 daxili 126, 0502683800

İctimaiyyətlə əlaqələr şöbəsi