ELANLAR

Tədqiqat üsullarına həsr olunmuş təlimlər davam edir

01
12

Azərbaycan Universitetinin magistrant, doktorant və dissertantları üçün nəzərdə tutulan və tədqiqat üsullarına həsr olunmuş təlimlər davam edir. Təlimləri 2, 9 və 16 dekabr 2020-ci il tarixlərində maliyyə və iqtisadiyyat kafedrasının professoru Röya Anvari, 3, 10 və 17 dekabr 2020-ci il tarixlərində isə kafedranın professoru Paul Gibbs “Microsoft Teams” platforması üzərindən ingilis dilində aparacaq.

2, 9 və 16 dekabr 2020-ci il tarixlərində keçiriləcək təlimlərin başlama saatı 11.00, 3, 10 və 17 dekabr tarixlərində keçiriləcək təlimlərin başlama saatı isə 12.00-dir.

Təlimlər Universitetin Təlim və Tədris Mərkəzi ilə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi tərəfindən birgə təşkil olunur. Təlimlərdə iştirak etmək istəyən magistrant, doktorant və dissertantlar Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinə müraciət edə bilərlər.

Tel.: (+994 12) 431 41 12/13/16 daxili 126, 0502683800

İctimaiyyətlə əlaqələr şöbəsi
01.12.2020