ELANLAR

Tələbələr arasında Novruz bayramına həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi elan olunur

04
03

Azərbaycan Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları fakültəsi Tələbə Elmi Cəmiyyəti və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə 04-15 mart 2019-cu il tarixləri arasında Novruz Bayramına həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi elan olunur. Müsabiqədə həm bakalavriat, həm də magistratura pilləsində təhsil alan tələbələr iştirak edə bilər.

Müsabiqənin qaliblərinə (I, II, III yerin sahiblərinə) universitetin fəxri fərmanları təqdim olunacaq.

Müsabiqə şərtləri:

  • Təqdimatlar 04-15 mart 2019-cu il tarixlərində təqdim edilməlidir.
  • Təqdimatlar minimum 10 slayddan ibarət olmalıdır.
  • Təqdimatlar informativ olmalıdır.
  • Təqdimatda bütün multimedia vasitələrindən istifadə nəzərə alınmalıdır.
  • Mövzu ilə bağlı tarixi faktlar, milli adət ənənələrin nümayişi nəzərə alınmalıdır.
  • Təqdimatlar müəlliflər tərəfindən nümayiş etdirilməlidir.

Tələbələr müsabiqə şərtlərinə uyğun hazırlanmış təqdimatlarını mövzu qisminə “Novruz bayramı - ən yaxşı təqdimat müsabiqəsi” yazmaqla aşağı qeyd olunmuş e-mail ünvanlarına göndərə bilərlər.

  • tgt@au.edu.az
  • khayal.x.ismayilov@student.au.edu.az
  • xeyal.ismayilov.98@bk.ru

Təqdimatlar Novruz Bayramı ərəfəsində müsabiqənin təşkilat komitəsi-münsiflər heyəti tərəfindən dinlənilib qiymətləndiriləcəkdir.

İctimaiyyətlə əlaqələr şöbəsi
04.03.2019