ELANLAR

Tələbələr arasında bədii qiraət müsabiqəsi elan olunur

01
05

Tələbələrimizin nəzərinə!

Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçiriləcək. 

Müsabiqənin keçirilməsində məqsəd bədii qiraət sahəsində istedadlı olan tələbələri müəyyənləşdirmək və stimullaşdırmaqdır. 

Müsabiqədə iştirak etmək istəyən tələbələr Məhəmməd Füzulinin qəzəllərindən nümunələr təqdim etməlidirlər. 

Müsabiqə 17 may 2024-cü il tarixində Konfrans zalında (III mərtəbə) keçiriləcəkdir. 

Qaliblər Münsiflər Heyəti tərəfindən 10 ballıq sistem üzrə aşağıdakı meyarlar  əsasında müəyyənləşdiriləcək:

  • Nitqin aydınlığı, səlisliyi və ifadəliliyi;
  • Janrın tələblərinə riayət edilməsi;
  • Seçilmiş əsərin məzmununa uyğun jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə edilməsi;
  • Təqdimetmə bacarığının  nümayiş etdirilməsi.

I, II, III yerlərin sahibləri sertifikatla təltif olunacaqlar.

Müsabiqədə iştirak etmək istəyənlər 13 may 2024-cü il saat 16.00-dək İctimaiyyətlə əlaqələr şöbəsinə (IV mərtəbə, 518 nömrəli otaq) müraciət edə bilərlər. 

İctimaiyyətlə əlaqələr şöbəsi