ELANLAR

Tələbələr üçün Türkiyədə 2 aylıq təcrübə imkanı

08
09

Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsi Türkiyənin Necmettin Erbakan Universitetində təcrübə proqramı üçün tələbə mübadiləsi elan edir. Təcrübə müddəti 2 aydır, tələbənin yol və yaşayış xərcləri qarşılanır. 

Müraciət  üçün şərtlər: 

  • İngilis dili biliyi minimum B1 səviyyəsində olmalıdır
  • Politologiya və Sosial iş ixtisasının yalnız IV kurs tələbələri müraciət edə bilərlər. 

Müraciət üçün son tarix 25 sentyabr 2026-cı ildir.

Təcrübə proqramında iştirak etmək istəyən IV kurs tələbələri Beynəlxalq əlaqələr şöbəsi ilə (IV mərtəbə, 504 nömrəli otaq) əlaqə saxlaya bilərlər.

İctimaiyyətlə əlaqələr şöbəsi