ELANLAR

“Tətbiqi riyaziyyat və ədədi üsullar” mövzusunda elmi seminar keçiriləcək

07
11

Professor-müəllim və tələbə heyətinin nəzərinə!

14 noyabr 2023-cü il tarixində Riyaziyyat və informatika kafedrasının növbəti elmi seminarı keçiriləcək. Seminarda Türkiyənin Fırat Universitetinin professoru Hasan Bulut “Tətbiqi riyaziyyat və ədədi üsullar” mövzusunda məruzə ilə çıxış edəcək. 

Elmi seminar saat 11.00-da Akt zalında başlayacaq. 

Arzu edənlər iştirak edə bilər. 

Qeyd edək ki, professor Hasan Bulut Fırat Universiteti Təbiət elmləri fakültəsi Tətbiqi riyaziyyat kafedrasının Riyaziyyat bölümünün müdiridir. 2019-cu ildən Fırat Universiteti rektorunun beynəlxalq əlaqələr üzrə məsləhətçisi vəzifəsində çalışır. 2023-cü ildən Azərbaycan Universitetinin fəxri professorudur. 

Elmi inəticələrinə görə dünya alimlərinin ilk iki faizi sıralamasına daxil olub, “H” indeksinə görə Web of Science bazası üzrə dünya alimləri arasında 41-ci yerdədir. Onun çap olunmuş 249 əsərinə bu bazada 4 min 899 istinad edilib. Bu göstəricilərinə görə o, öz sahəsində Türkiyədə 4-cü, Avropada 282-ci, dünyada 828-ci yerdədir. 

Hasan Bulutun rəhbərliyi ilə 6 nəfər fəlsəfə doktoru dissertasiyası müdafiə edib.

İctimaiyyətlə əlaqələr şöbəsi
07.11.2023