ELANLAR

Təlim və Tədris Mərkəzi təlimlərə başlayır

14
10

Müəllim və tələbələrin nəzərinə!

Azərbaycan Universitetinin Təlim və Tədris Mərkəzi yeni təlimlərə başlayır.

Mərkəzin ilk təlimi “İnklüziv təhsil: əsas anlayışlar və təcrübə” mövzusunda olacaq. Təlimi İnklüziv təhsil üzrə ekspert Nigar Nəsrullayeva aparacaq.

21 oktyabr 2020-ci il tarixində Mühazirə zalında təşkil olunacaq tədbir saat 15:20-də başlayacaq.

Qeyd edək ki, tədbir ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə, tibbi-profilaktik qaydalara əməl etməklə təşkil olunacaqdır.

İctimaiyyətlə əlaqələr şöbəsi