ELANLAR

Türkiyənin Anadolu Universitetinə sənəd qəbulu elan olunur

13
04

Bakalavriat və magistratura  tələbələrinin nəzərinə!

Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsi “Erasmus+” proqramı çərçivəsində Türkiyənin Anadolu Universitetinə tələbə mübadiləsi üçün sənəd qəbulu elan edir. 2023/2024-cü tədris ilinin payız semestrini Türkiyədə oxumaq istəyən bakalavriat və magistratura tələbələrimiz Beynəlxalq əlaqələr şöbəsinə  (IV mərtəbə, 526/524-cü otaqlar, sevlan.gurbanova@au.edu.az) müraciət edə bilərlər. 

Proqram iştirakçıların bütün xərclərini qarşılayır. Mübadilə proqramında iştirak etmək istəyən tələbələrin seçimi müsahibə yolu ilə aparılacaqdır. 

Mübadilə proqramında iştirak etmək üçün şərtlər aşağıdakılardır:

  • İngilis dili bilikləri yüksək (minimum B2 səviyyəsində) olmalıdır.
  • GPA balı minimum 2.5 olmalıdır.
  • İxtisas üzrə uyğunluq gözlənilməlidir.

Proqrama müraciət üçün son tarix 12 may 2023-cü ildir.

İctimaiyyətlə əlaqələr şöbəsi