ELANLAR

Türkiyənin Anadolu Universitetinə sənəd qəbulu elan olunur

23
10

2023/2024-cü tədris ilinin yaz semestrində ERASMUS+KA107 tələbə-müəllim layihəsi çərçivəsində Türkiyənin Anadolu Universitetində təhsil almaq istəyən tələbələrin nəzərinə!

İqtisadiyyat və Biznesin idarə edilməsi ixtisasları üzrə bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alan tələbələr 4 noyabr 2023-cü il tarixinədək Beynəlxalq əlaqələr şöbəsinə (IV mərtəbə, 524 və ya 526-cı otaq) müraciət edə bilərlər.  

Namizədlərin seçimi müsabiqə əsasında aparılacaqdır. Proqrama müraciət etmək üçün əsas şərtlər aşağıdadır:  

  • Tələbə əyani formada təhsil almalı; 
  • Tələbənin orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 75-dən yuxarı olmalı; 
  • Tələbənin ingilis dili biliyi ən az B1 səviyyəsində olmalıdır (ingilis dili sertifikatı olanlara üstünlük veriləcəkdir).  

Qeyd: Tələbə hər təhsil səviyyəsi üzrə bir dəfə ERASMUS+KA107 mübadilə layihəsində iştirak edə bilər.  Bakalavriat səviyyəsi üzrə I və IV kurs tələbələri, magistratura səviyyəsi üzrə isə II kurs tələbələri mübadilə proqramında iştirak üçün müraciət edə bilməzlər. 

İctimaiyyətlə əlaqələr şöbəsi