ELANLAR
Türkiyənin Hasan Kalyoncu Universitetinə müəllim mübadiləsi üçün sənəd qəbulu elan olunur
05
03
Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsi mübadilə proqramı çərçivəsində Türkiyənin Qaziantep şəhərində yerləşən Hasan Kalyoncu Universitetinə (https://www.hku.edu.tr/) müəllim mübadiləsi üçün sənəd qəbulu elan edir.
Mübadilə proqramına müraciət üçün şərtlər:
- Yalnız ştat müəllimləri müraciət edə bilərlər
- B2 səviyyəsində türk və ya ingilis dili biliyi tələb olunur
Tələb olunan sənədlər:
- CV
- Pasport surəti
Maliyyə, bankçılıq və sığorta; İqtisadiyyat; Menecment və idarəetmə; Dillər; Psixologiya; Səyahət, turizm və istirahət; Kompüter elmləri; Siyasi elmlər istiqamətləri üzrə fənləri tədris edən və mübadilə proqramında iştirak üçün müraciət etmək istəyən müəllimlər CV və pasportlarının surətini elmira.ismayilova@au.edu.az, və sevlan.gurbanova@au.edu.az elektron poçt ünvanlarına göndərə bilərlər.
Müraciət üçün son tarix 16 mart 2026-cı ildir.
İctimaiyyətlə əlaqələr şöbəsi
