ELANLAR

Xarici dillər kafedrası PTE testi keçirəcək

17
04

Tələbələrin nəzərinə!

Azərbaycan Universitetinin Xarici dillər kafedrası iyun ayında növbəti PTE testi keçirməyi planlaşdırır. İngilis dili səviyyəsi yüksək olan tələbələr kafedra tərəfindən keçiriləcək yerləşdirmə testindən (placement test) keçdikdən sonra PTE imtahanında iştirak etmək hüququ qazanacaq.

Müraciət bütün universitetlərin tələbələri üçün açıqdır.

Maraqlananlar və əlavə məlumat almaq istəyən tələbələr Xarici dillər kafedrasının müdiri Samirə Məmmədovaya müraciət edə bilərlər. Kafedra III mərtəbə 322-ci otaqdadır.

Qeyd edək ki, PTE (Pearson Test of English)  IELTS və TOEFL ilə birlikdə  ingilis dili biliyini beynəlxalq səviyyədə təsdiq edən ən məşhur sertifikatlardan biri olub, bir-biri ilə sıx bağlı 6 pillədən ibarətdir.  Testlər tələbələr üçün münasib olan təqvimə əsasən ildə dörd dəfə keçirilir.

 

İctimaiyyətlə əlaqələr şöbəsi
18.04.2022