XƏBƏRLƏR

Tələbələrin XI daxili debat turniri yekunlaşdı

Tələbələrin XI daxili debat turniri yekunlaşdı

01 noyabr 2016

Baxış sayı: 6230

Azərbaycan Universiteti XI daxili debat turniri yekunlaşıb. 10 komandanın iştirak etdiyi turnirin qalibi “Mega Brain” komandası olub. Qalib komanda və spikerləri (Kənan Niftiyev, Ramin Mehdiyev, Murad Babayev) diplom, medal və kubokla mükafatlandırılıb.

Gərgin mübarizə və maraqlı anlarla yadda qalan turnirin finalında “Mega Brain” gücünü “Elegiya” ilə sınayıb. Turnir, "Karl Popper" formatında keçirilib.

Turnir Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatı, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) və “British Town”un dəstəyi, Azərbaycan Universiteti Debat Klubunun təşkilatçılığı ilə keçirilib. Turnirin mövzusu “İnkişaf etməkdə olan ölkələr üçün proteksionizim siyasətinin tətbiqi sahibkarlığın inkişafında özünü doğruldur” olub.

Qalib komandanı və üzvlərini təbrik edir, Azərbaycan Universitetinin bütün debatçı tələbələrinə uğurlar arzulayırıq!

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
01.11.2016

DİGƏR XƏBƏRLƏR