XƏBƏRLƏR

Yay imtahan sessiyasının hazırlıqları davam edir

Yay imtahan sessiyasının hazırlıqları davam edir

21 may 2018

Baxış sayı: 4414

Azərbaycan Universitetində 2017/2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası əyani şöbə üzrə tədris planına uyğun olaraq 01 iyun – 06 iyul 2018-ci il tarixləri arasında təşkil olunacaq.

Rektorun əmri ilə sessiyanın mövcud normativ sənədlər əsasında təşkil olunması, imtahanların təşkilində və gedişində yarana biləcək neqativ halların, münaqişə və şikayətlərin yerindəcə həll edilməsi və dərhal aradan qaldırılması, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədi ilə imtahan qərargahı yaradılıb. Qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılması üçün tədbir görüləcək. Həmçinin sessiya dövründə şəffaflığın təmin edilməsi üçün imtahanlarda ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakına şərait yaradılacaq. İmtahanlarda iştirak etmək istəyənlər (+99412) 431 41 12 (daxili 118) nömrəli telefon vasitəsi ilə Tədris şöbəsinə müraciət etməlidirlər.

Müvafiq əmr ilə tələbələrin biliyinin yenidən qiymətləndirilməsi və imtahan zamanı baş vermiş mübahisələrin aradan qaldırılması üçün ixtisas kafedralarına uyğun olaraq apelyasiya komissiyası fəaliyyət göstərəcək.

Qeyd edək ki, qiyabi şöbə üzrə yay imtahan sessiyası 14 may – 08 iyun 2018-ci il tarixləri arasında keçirilir.  

İctimaiyyətlə əlaqələr şöbəsi
21.05.2018


DİGƏR XƏBƏRLƏR