XƏBƏRLƏR

Mövlanə mübadilə proqramına sənəd qəbulu elan edilir

Mövlanə mübadilə proqramına sənəd qəbulu elan edilir

14 fevral 2017

Baxış sayı: 4956

Azərbaycan Universiteti 2017/2018-cİ tədris ili üçün Mövlanə Mübadilə Proqramına sənəd qəbulu elan edir. Proqram ilə bağlı əlaqələndiricilik məsələləri universitetin Beynəlxalq əlaqələr şöbəsi tərəfindən icra olunur. Mübadilə proqramında iştirak etmək istəyən müəllim və tələbələr tələb olunan müvafiq sənədləri 20 fevral 2017-ci il tarixinə qədər şöbəyə təqdim etməlidirlər. 

Tələbələr Türkiyənin 10-dan çox tərəfdaş universitetində minimum 1, maksimum 2 semestr təhsil ala bilərlər. Akademik heyət isə minimum 2 həftədən maksimum 3 aya qədər tərəfdaş universitetlərdə tədris prosesində iştirak edib mühazirə oxuya bilər yaxud müxtəlif birgə tədqiqatlara qoşula bilərlər.
Proqramda iştirak edə bilmək üçün tələbələr bakalavriat, magistratura və fəlsəfə doktoru hazırlığı üzrə doktoranturada təhsil almalıdırlar.

Bakalavr pilləsində təhsil alan tələbələrin 4 ballıq GPA üzrə orta balı ən azı 2,5; magistratura və doktorantura pilləsində təhsil alanların isə 4 ballıq GPA üzrə orta balı ən az 3.00 olmalıdır. Türkiyə ali təhsil müəssisələrinə digər ölkələrdən gələn tələbələrə müəyyən nisbətlərdə qrantlar verilir.

"Mövlanə Mübadilə Proqramı” Türkiyə Ali Təhsil Qurumu (Türkiye Yüksek Öğretim Kurulu-YÖK) tərəfindən yaradılan və Türkiyə Respublikasının maliyyələşdirdiyi proqramdır. Proqramın məqsədi Türkiyənin ali təhsil müəssisələri ilə bölgə və dünya ölkələrinin ali təhsil ocaqları arasında tələbə və akademik heyətin mübadiləsini həyata keçirmək, mədəniyyətlərarası dialoqun artmasına dəstək göstərmək və zənginləşməsini təmin etməkdir. 

Tərəfdaş universitetlər və mövcud yerlər aşağıdadır:

Anadolu Universiteti / Tələbələr üçün
1. İqtisadiyyat - 2 bakalavriat, 2 magistratura, 2 doktorantura
2. Menecment - 2 bakalavriat, 2 magistratura, 2 doktorantura 
3. Mühasibat - 2 bakalavriat, 2 magistratura, 2 doktorantura

Anadolu Universiteti / Pedaqoji heyət
1. İqtisadiyyat - 2 nəfər
2. Menecment – 2 nəfər 
3. Mühasibat – 2 nəfər

Gaziantep Universiteti / Tələbələr üçün
1. Dil-ədəbiyyat - 2 bakalavriat, 2 magistratura
2. Riyaziyyat - 1 bakalavriat
3. Tarix - 2 bakalavriat, 1 magistratura 
4. Mühasibat və maliyyə menecmenti - 2 bakalavriat, 1 magistratura
5. İqtisadiyyat - 2 bakalavriat, 1 magistratura
6. Menecment - 1 bakalavriat 
7. Marketinq və satış menecmenti - 1 bakalavriat
8. Təhsil (Education) - 1 bakalavriat
9. Sosial biliklər - 1 bakalavriat 
10. Kompüter elmləri - 1 bakalavriat

Gaziantep Universiteti / Pedaqoji heyət
1. Dil-ədəbiyyat – 1 nəfər
2. Riyaziyyat – 1 nəfər 
3. Tarix – 2 nəfər 
4. Mühasibat və maliyyə menecmenti -1 nəfər
5. İqtisadiyyat - 1 nəfər
6. Menecment - 1 nəfər
7. Marketinq və satış menecmenti – 1 nəfər
8. Təhsil (Education) – 2 nəfər
9. Sosial biliklər – 2 nəfər
10. Kompüter elmləri – 2 nəfər

Gazi Osmanpaşa Universiteti / Tələbələr üçün
1. Tarix – 2 nəfər
2. Ryaziyyat – 2 nəfər
3. İqtisadiyyat – 2 nəfər

Gaziosmanpaşa Universiteti / Pedaqoji heyət 
1. Tarix – 2 nəfər
2. Riyaziyyat – 2 nəfər
3. İqtisadiyyat – 2 nəfər

Hacettepe Universiteti / Tələbələr üçün
1. Maliyyə - 5 bakalavriat, 2 magistratura, 2 doktorantura 
2. Tarix - 1 bakalavriat , 1 magistratura, 1 doktorantura
3. Riyaziyyat - 2 bakalavriat, 2 magistratura, 1 doktorantura
4. İqtisadiyyat - 1 bakalavriat, 1 magistratura, 1 doktorantura
5. Sosial iş - 3 bakalavriat, 3 magistratura 
6. Kompüter mühəndisliyi - 1 bakalavriat , 1 magistratura, 1 doktorantura

Hacettepe Universiteti / Pedaqoji heyət
1. Maliyyə - 3 nəfər
2. Tarix – 1 nəfər
3. Riyaziyyat – 1 nəfər
4. İqtisadiyyat – 1 nəfər
5. Sosial iş – 3 nəfər
6. Kompüter mühəndisliyi – 1 nəfər

İnönü Universiteti / Tələbələr üçün
1. İngilis dili və ədəbiyyatı - 2 bakalavriat
2. Maliyyə - 2 bakalavriat, 2 magistratura 
3. İngilis dili müəllimliyi - 2 bakalavriat
4. Menecment - 2 bakalavriat
5. Tarix - 2 bakalavriat
6. Kompüter mühəndisliyi - 2 bakalavriat
7. Riyaziyyat - 2 bakalavriat

İnönü Universiteti / Pedaqoji heyət
1. İngilis dili və ədəbiyyatı – 2 nəfər
2. Maliyyə - 2 nəfər
3. İngilis dili müəllimliyi – 2 nəfər
4. Menecment – 2 nəfər 
5. Tarix – 2 nəfər
6. Kompüter mühəndisliyi – 2 nəfər
7. Riyaziyyat – 2 nəfər

Mehmet Akif Ersoy Universiteti / Tələbələr üçün
1. Memarlıq və şəhər planlaşdırılması - 2 bakalavriat 
2. Menecment və idarəetmə - 2 bakalavriat
3. Təhsil (Eğitim) - 2 bakalavriat
4. Humanitar elmlər - 2 bakalavriat
5. Dillər və filologiya elmləri - 2 bakalavriat
6. Fen Bilimleri - 2 bakalavriat
7. Sosial Bilgilər - 2 bakalavriat

Mehmet Akif Ersoy Universiteti / Pedaqoji heyət 
1. Memarlıq və Şəhər planlaşdırılması- 2 nəfər
2. Menecment və idarəetmə - 2 nəfər 
3. Təhsil (Eğitim) – 2 nəfər
4. Humanitar elmlər – 2 nəfər
5. Dillər və filologiya elmləri – 2 nəfər
6. Fen bilimleri – 2 nəfər
7. Sosial bilgilər – 2 nəfər

Selçuk Universiteti / Tələbələr üçün
1. Modern Avropa Dilləri - 2 bakalavriat, 2 magistratura, 2 doktorantura
2. Kompüter mühəndisliyi - 2 bakalavriat, 2 magistratura, 2 doktorantura 
3. Tarix - 2 bakalavriat, 2 magistratura, 2 doktorantura
4. İqtisadiyyat - 2 bakalavriat, 2 magistratura, 2 doktorantura

Selçuk Universiteti / Pedaqoji heyət 
1. Modern Avropa Dilləri – 2 nəfər
2. Kompüter mühəndisliyi – 2 nəfər
3. Tarix – 2 nəfər
4. İqtisadiyyat – 2 nəfər

Akdeniz Universiteti
1. İnglis dili - 2 nəfər bakalavriat/magistratura
2. İqtisadiyyat - 2 nəfər bakalavriat/magistratura
3. Maliyyə - 2 nəfər bakalavriat/magistratura
4. Komputer mühədisliyi - 2 nəfər bakalavriat/magistratura
5. Tarix - 2 nəfər bakalavriat/magistratura

Karabük Universiteti
1. İqtisadiyyat - 2 nəfər bakalavriat/magistratura
2. Biznes/Menecement - 2 nəfər bakalavriat/magistratura
3. Komputer mühədisliyi - 2 nəfər bakalavriat/magistratura
4. Tarix - 2 nəfər bakalavriat/magistratura

Kahramanmaraş Universiteti
1. İqtisadiyyat - 2 nəfər bakalavriat/magistratura
2. Biznes/Menecement - 2 nəfər bakalavriat/magistratura
3. Komputer mühədisliyi - 2 nəfər bakalavriat/magistratura
4. Tarix - 2 nəfər bakalavriat/magistratura

İstanbul Universiteti
1. Biznes/Menecment - 3 nəfər bakalavriat/magistratura/doktorantura
2. Maliyyə - 3 nəfər bakalavriat/magistratura/doktorantura
3. Marketing- 3 nəfər bakalavriat/magistratura/doktorantura
4. İqtisadiyyat - 3 nəfər bakalavriat/magistratura/doktorantura
5. Tərcümə (İnglis dili) - 1 nəfər bakalavriat

Kocaeli Universiteti
1. Marketing 
2. İqtisadiyyat
3. Sosial İş

Daha ətraflı məlumat və müraciət üçün
Beynəlxalq əlaqələr şöbəsi
I tədris binası, IV mərtəbə

Tel: (+99412) 431 50 36 (birbaşa)
(+99412) 431 41 12/13/16/17 (113)
E-poçt: international.office@au.edu.az

DİGƏR XƏBƏRLƏR