XƏBƏRLƏR
Bu il 22 tələbə Azərbaycan Universitetini fərqlənmə diplomu ilə bitirib
2025/2026-cı tədris ilində Azərbaycan Universitetini 22 tələbə fərqlənmə diplomu ilə bitirib. Onlardan 3 nəfəri bakalavriat, 19 nəfəri isə magistratura səviyyəsi üzrə təhsil alıb. Bakalavriat üzrə fərqlənmə diplomu alan məzunlar arasında Beynəlxalq ticarət və logistika, Politologiya, Filologiya (ingilis dili və ədəbiyyatı) ixtisaslarının tələbələri yer alır.
Magistratura səviyyəsində isə Azərbaycanın qədim və orta əsrlər tarixi, Azərbaycanın yeni və ən yeni tarixi, Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş, Gənclərlə iş, Kompüter mühəndisliyi, Vergi və vergiqoyma, MBA (Menecment üzrə) kimi ixtisaslaşma və istiqamətlər üzrə məzunlar fərqlənmə diplomuna layiq görülüblər.
4 illik universitet həyatını fərqlənmə diplomu ilə başa vuran məzunlarımızı təbrik edir, onlara əmək fəaliyyətində uğurlar arzulayırıq!
Bakalavriat səviyyəsi üzrə fərqlənmə diplomu ilə məzun olanlar
- Qəribov Şəhriyar Azad oğlu (94,8792), Beynəlxalq ticarət və logistika
- Cəlilova Səbinə Elçin qızı (94,5875), Politologiya
- Vəliyeva Lalə Qurban qızı (95,1208), Filologiya (ingilis dili və ədəbiyyatı)
Magistratura səviyyəsi üzrə fərqlənmə diplomu ilə məzun olanlar
- Şahbalayeva Aytac Rasim qızı (94,1500), Azərbaycanın qədim və orta əsrlər tarixi
- Məmmədzadə Bənövşə Ələddin qızı (98,6000), Azərbaycanın yeni və ən yeni tarixi
- İsayeva Xətai Cəlal qızı (97,7333), Azərbaycanın yeni və ən yeni tarixi
- Rəhmanova Nərmin Azər qızı (96,6333), Azərbaycanın yeni və ən yeni tarixi
- Rəhimova Mədinə Gündüz qızı (98,7333), Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş
- Təhməzli Təranə Abdulla qızı (97,7000), Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş
- Cəfərli Ləman Ceyhun qızı (96,4667), Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş
- İsgəndərli Aydan Babək qızı (96,3333), Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş
- Rəsulova Xuraman Rövşən qızı (96,1833), Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş
- Süleymanlı Gövhər Elşən qızı (95,5500), Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş
- Nuriyeva Fidan Fərasət qızı (94,6667), Gənclərlə iş
- Abbasova Şəlalə Rəşid qızı (94,2000), Gənclərlə iş
- Əliyeva Firuzə Nadir qızı (94,1833) , Gənclərlə iş
- Eynəliyeva Nərgiz Vaqif qızı (93,7500) , Gənclərlə iş
- Mahmudova Maisə Natiq (93,5167), Gənclərlə iş
- Hüseynova Mahirə Əziz qızı (95,9833) , Kompüter mühəndisliyi
- Abbaslı Ülkər Oqtay qızı (94,2833), Kompüter mühəndisliyi
- Quliyeva Nurlana Akşin qızı (95,7500), Vergi və vergiqoyma
- Məmmədova Mədinə Elxan qızı (94,4000), MBA (Menecment üzrə)
İctimaiyyətlə əlaqələr şöbəsi
