XƏBƏRLƏR

281 nömrəli məktəbin şagirdləri Azərbaycan Universiteti ilə tanış olublar

281 nömrəli məktəbin şagirdləri Azərbaycan Universiteti ilə tanış olublar

30 oktyabr 2023

Baxış sayı: 1137

Bakı şəhəri Suraxanı rayonu Vaqif Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin şagirdləri Azərbaycan Universitetində olublar. “Sabahın tələbəsi” layihəsi çərçivəsində təşkil edilən görüşdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini və metodiki şura rəhbəri Aqşin Kazımov da iştirak edib. 

Universitetin tədris binası və infrastrukturu ilə tanış olan məktəblilərə Azərbaycan Universitetinin fəaliyyəti, tədris olunan ixtisaslar, universitetin beynəlxalq əlaqələri və qoşulduğu mübadilə proqramları, təqaüdlər, tələbələr üçün yaradılan imkanlar, universitetin uğurları haqqında  məlumat verilib, İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev geniş təqdimatla çıxış edib.

Görüşdə məktəblilərə düzgün ixtisas seçimi ilə bağlı tövsiyələr də verilib, həmçinin onları maraqlandıran suallar cavablandırılıb. 

 İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR