XƏBƏRLƏR

Azərbaycan Universitetində “29 imza…” sənədli filmi nümayiş olunub

Azərbaycan Universitetində “29 imza…” sənədli filmi nümayiş olunub

23 oktyabr 2026

Baxış sayı: 13

Azərbaycan Universitetinin tələbələri üçün “29 imza…” sənədli filminin nümayişi təşkil olunub. Film Füzuli rayonunun Qaraxanbəyli və Merdinli kəndlərindən olan 29 şəhidin həyat hekayəsindən bəhs edir. 

Nümayişdən əvvəl filmin ideya müəllifi, senaristi və rejissoru Vəfa Ağazadə çıxış edərək ekran əsərinin ərsəyə gəlmə prosesi və məqsədi haqqında məlumat verib. Bildirib ki, “29 imza…” ayrı-ayrı bioqrafiyaların toplusu deyil, bir yurdun taleyinə yazılmış 29 ömrün ümumi yaddaşıdır. Filmin məqsədi şəhidlərin əziz xatirəsini yaşatmaq, onların qəhrəmanlıq tarixini gələcək nəsillərə çatdırmaq və milli yaddaşın qorunmasına töhfə verməkdir. Film şəhidlərin həyat yolunu, qəhrəmanlığını və Vətən uğrunda göstərdikləri fədakarlığı əks etdirir. Ekran əsərində şəhidlərin həyat yolu ailə üzvlərinin və döyüş yoldaşlarının xatirələri, arxiv materialları, musiqi və süni intellekt texnologiyası ilə yaradılmış vizual rekonstruksiyalar vasitəsilə ekranlaşdırılıb.

Nümayişdən sonra tələbələr film haqqında təəssüratlarını bölüşüb, ekran əsərinin şəhidlərin həyat hekayələrinin tanıdılması və onların xatirəsinin yaşadılması baxımından əhəmiyyətini qeyd ediblər. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR