XƏBƏRLƏR

4 fakültədə 4 seminar

4 fakültədə 4 seminar

29 sentyabr 2017

Baxış sayı: 4424

Azərbaycan Universitetinin bütün fakültələrində tələbələr üçün maarifləndirici seminar və debatlar  təşkil olunub.

Biznes və iqtisadiyyat fakültəsində oxuyan I kurs tələbələri üçün fakültə rəhbərliyi tərəfindən "Necə menecer olmalı" mövzusunda seminar keçirilib. Seminarı fakültənin baş müəllimi Natiq Məmmədov aparıb.

Humanitar fənlər fakültəsinin tələbələri üçün "İ.Nəsiminin dini-fəlsəfi baxışları" mövzsusunda debat təşkil olunub. Debatın moderatorluğunu fakültənin dekanı, dosent Səfər Məmmədov üstlənib, aparıcılar isə İctimai elmlər kafedrasının müəllimi Qadir Səfərov və Azərbaycan dili və ədəbiyyat kafedrasının baş müəllimi Hüseyn Hüseynli olub.

Sosial iş fakültəsinin tələbələri "Sosial işdə könüllülük" mövzusunda seminara qulaq asıblar. Seminarı Azərbaycan Universitetinin Sosial iş fakültəsinin məzunu, Azərbaycana birgə yardım təşkilatının (UAFA) nümayəndəsi Elmir Valehli aparıb.

İnformasiya - kommunikasiya texnologiyaları fakültəsinin tələbələri üçün "Böyük Verilənlər Bazası (Big Databases) ilə işləmə texnologiyaları" mövzusunda seminar təşkil olunub. Seminarı İKT fakültəsinin dekanı Asif Paşayev və fakültənin müəllimi Gündüz Mirzəbəyli aparıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
29.09.2017


DİGƏR XƏBƏRLƏR