XƏBƏRLƏR

Azərbaycan Universitetində TEC tanıtım tədbiri təşkil olunub

Azərbaycan Universitetində TEC tanıtım tədbiri təşkil olunub

10 oktyabr 2024

Baxış sayı: 189

Azərbaycan Universitetində fəaliyyət göstərən tələbə elmi cəmiyyətlərinin I kurs tələbələri üçün tanıtım tədbiri keçirilib.

Elmi işlər üzrə prorektor Yusif Qasımov, İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev, Humanitar və sosial elmlər fakültəsinin dekanı Səfər Məmmədovun da iştirak etdiyi tədbirdə fakültələr üzrə TEC sədrləri Vaqif Qocayev, Solmaz İlyaszadə çıxış edərək tələbələrə rəhbərlik etdikləri təşkilat haqqında ətraflı məlumat veriblər. Sədrlər məruzələrində təşkilatın məqsədləri, vəzifələri, fəaliyyət istiqamətləri, indiyə qədər gördükləri işlər, uğurları və gələcək planları kimi məsələlərə toxunublar.

Tədbirdə İKT fakültəsinin Tələbə Elmi Cəmiyyəti tərəfindən hazırlanan “TEC App” tətbiqi haqqında da məlumat verilib. Tətbiq bu istiqamət üzrə irəliləmək istəyən tələbələrin böyük marağına səbəb olub.

Elmi işlər üzrə prorektor Yusif Qasımov çıxışında tələbələrin elmi fəaliyyətə cəlb olunmasında TEC-lərin əhəmiyyətini, tələbələrin inkişafı və yaradıcı bacarıqlarının üzə çıxarılmasındakı mühüm rolunu vurğulayıb.

Dekanlar Asif Paşayev və Səfər Məmmədov çıxışlarında TEC-lərin işinə uğurlar arzulayıblar.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR