XƏBƏRLƏR

Sosial-Psixoloji Tədqiqat və Məsləhət Mərkəzi NAT təlimi keçirib

Sosial-Psixoloji Tədqiqat və Məsləhət Mərkəzi NAT təlimi keçirib

22 oktyabr 2024

Baxış sayı: 153

Azərbaycan Universitetinin Sosial-Psixoloji Tədqiqat və Məsləhət Mərkəzi tərəfindən tələbələr üçün “NAT (Neyro Assosiativ Transformasiya) ilə bütün sahələrdə uğurlu həyat” adlı təlim keçirilib. Təlimi NAT Akademiyasının təsisçi və rəhbəri, NAT master və şüuraltı dəyişim ustası Qərənfil Ağalarova aparıb. 

Təlimdə iştirak edən tələbələr Qərənfil Ağalarovanın məruzəsini dinləyib, mövzu ətrafında fikir mübadiləsi aparıblar. Təlimçi qeyd edib ki, təlim fərdi inkişaf və şüuraltı dəyişikliklərə yönəlmiş bir proqramdır və iştirakçılara öz potensiallarını aşkara çıxarmaqda kömək edəcək. 

Qərənfil Ağalarova tələbələrə NAT (Neyro Assosiativ Transformasiya) haqqında ümumi məlumat verib, həyat keyfiyyətinin yüksəldilməsi və fərdi inkişafda oynadığı rolun əhəmiyyətini vurğulayıb. 

Təlimdə NAT-ın tətbiqi sahələrindən də bəhs olunub, həmçinin NAT texnikaları praktiki nümayiş olunub.         

                                                                  İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR