XƏBƏRLƏR

TGT-nin təşkilatçılığı ilə “Earth’s breath” adlı tədbir keçirilib

TGT-nin təşkilatçılığı ilə “Earth’s breath” adlı tədbir keçirilib

04 noyabr 2024

Baxış sayı: 81

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatı (TGT) və “ASAN xidmət” mərkəzlərinin “Yaşıl ASAN” proqramının birgə təşkilatçılığı ilə Azərbaycan Universitetində “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar olaraq “Earth’s breath” tədbiri keçirilib. 

Tədbirdə TGT sədri Rəsul Dadaşov ekoloji maariflənmənin əhəmiyəti mövzusunda çıxış edib, ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı məqamlara toxunub. TGT sədri iştirakçılara noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29 iqlim konfransı haqqında da məlumat verib. 

Ardınca 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin baş məsləhətçisi, Könüllülər üzrə müvəkkil Cahan Ələkbərova çıxış edərək “Yaşıl ASAN” proqramının məqsəd və istiqamətləri haqqında tələbələrə məlumat verib, həmçinin proqramın hesabat videoçarxını təqdim edib.

Sonda tədbir iştirakçıları Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının və “Yaşıl ASAN” proqramının fəalları tərəfindən tullantılardan hazırlanmış əl işləri ilə tanış olublar.                                                                        

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR