XƏBƏRLƏR

Abituriyent Məsləhət Mərkəzi fəaliyyətini davam etdirir

Abituriyent Məsləhət Mərkəzi fəaliyyətini davam etdirir

26 iyul 2018

Baxış sayı: 4861

Dövlət İmtahan Mərkəzinin Azərbaycan Universiettində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə ödənişsiz əsaslarla fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzi işini davam etdirir.

Aprel ayında fəaliyyətə başlayan mərkəzin xüsusi treninq keçmiş əməkdaşları abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz xidmət və köməklik göstərirlər.

Abituriyentlər onları maraqlandıran suallarla bağlı Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərlər. Mərkəz Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71 ünvanında həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.

İctimaiyyətlə əlaqələr şöbəsi
26.07.2018

DİGƏR XƏBƏRLƏR