XƏBƏRLƏR

Abituriyent Məsləhət Mərkəzi telefon sorğularını cavablandırmağa davam edəcək

Abituriyent Məsləhət Mərkəzi telefon sorğularını cavablandırmağa davam edəcək

08 oktyabr 2021

Baxış sayı: 1628

Azərbaycan Universitetində fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzi 2021/2022-ci tədris ili üçün aktiv fəaliyyətini yekunlaşdırıb. Mərkəz, 26 may 2021-ci il tarixində ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu ilə start verilən tələbə qəbulu kampaniyasının bütün mərhələlərində ödənişsiz əsaslarla fəaliyyət göstərib. Mərkəzin xüsusi təlim keçmiş əməkdaşları müraciət edən abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər haqqında texniki dəstək və məsləhət xidməti göstəriblər.

Qeyd edək ki, Azərbaycan Universiteti Abituriyent Məsləhət Mərkəzi Dövlət İmtahan Mərkəzi ilə razılıq əsasında yaradılıb və 2018-ci ildən fəaliyyət göstərir. Mərkəz telefon vasitəsilə daxil olan sorğuları cavablandırmağa davam edəcək.

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küç., 71.
Tel.: (+99412) 431 41 12 /13/16 (133)
E-poçt: qebul@au.edu.az

İctimaiyyətlə əlaqələr şöbəsi
08.10.2021
 

DİGƏR XƏBƏRLƏR