XƏBƏRLƏR

Abituriyent Məsləhət Mərkəzi şənbə və bazar günləri fəaliyyət göstərəcək

Abituriyent Məsləhət Mərkəzi şənbə və bazar günləri fəaliyyət göstərəcək

27 avqust 2021

Baxış sayı: 2395

Azərbaycan Universitetinin Abituriyent Məsləhət Mərkəzi 28-29 avqust tarixlərində (şənbə-bazar günləri) saat 10.00-dan 17.00-dək fəaliyyət göstərəcək. Ali təhsil müəssisələrinə ixtisas seçimi etmək istəyən abituriyent və subbakalavrlar, həmçinin ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlər mərkəzə müraciət edə bilərlər.

Mərkəz Dövlət İmtahan Mərkəzi ilə razılıq əsasında 2018-ci ildə yaradılıb və ödənişsiz əsaslarla fəaliyyət göstərir. Mərkəzin xüsusi təlim keçmiş əməkdaşları abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri və bu kimi məsələlər haqqında texniki dəstək və məsləhət xidməti göstərirlər.

Qeyd edək ki, ali təhsil müəssisələrinə ixtisas seçimi avqustun 30-dək, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi isə sentyabrın 7-dək internet vasitəsilə aparılacaq. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küç., 71
Tel.: +994 12 431 41 17

İctimaiyyətlə əlaqələr şöbəsi
27.08.2021

DİGƏR XƏBƏRLƏR