XƏBƏRLƏR

Abituriyent Məsləhət Mərkəzi 26 avqust şənbə günü də fəaliyyət göstərəcək

Abituriyent Məsləhət Mərkəzi  26 avqust şənbə günü də fəaliyyət göstərəcək

25 avqust 2023

Baxış sayı: 621

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. Abituriyentlər 28 avqust saat 23.59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. Müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar.

Abituriyentlərin və yaxınlarının, o cümlədən subbakalavrların nəzərinə çatdırırıq ki, Azərbaycan Universitetinin Abituriyent Məsləhət Mərkəzi 26 avqust şənbə günü də fəaliyyət göstərəcək. Mərkəz, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71 ünvanında saat 10.00-dan 17.00-dək açıq olacaq. Abituriyentlər və subbakalavrlar elektron ixtisas seçimi ərizəsinin doldurulması və təsdiqi üçün mərkəzə müraciət edə bilərlər. 

Qeyd edək ki, mərkəz ödənişsiz əsaslarla xidmət göstərir. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR