XƏBƏRLƏR

Abituriyent Məsləhət Mərkəzi hər gün 100-ə yaxın abituriyentə xidmət göstərir

Abituriyent Məsləhət Mərkəzi hər gün 100-ə yaxın abituriyentə xidmət göstərir

14 avqust 2024

Baxış sayı: 343

Azərbaycan Universitetinin Abituriyent Məsləhət Mərkəzi hər gün 100-ə yaxın abituriyent və subbakalavra xidmət göstərir. Mərkəzin xüsusi təlim keçmiş əməkdaşları müraciət edən abituriyent və subbakalavrlara tələbə qəbulu qaydaları, ali təhsili müəssiələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər haqqında məsləhət xidməti və texniki dəstək göstərirlər.

Mərkəz həftənin 5 günü (şənbə, bazar və bayram günləri istisna olmaqla) Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi 71 ünvanında saat 10.00-dan 17.00-dək ödənişsiz əsaslarla fəaliyyət göstərir. 

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyent və subbakalavrların ixtisas seçiminin avqustun 19-da yekunlaşdırılması nəzərdə tutulur.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR