XƏBƏRLƏR

Məsləhət Mərkəzi ixtisas seçimi günlərində 952 abituriyent və subbakalavra xidmət göstərib

Məsləhət Mərkəzi ixtisas seçimi günlərində  952 abituriyent və subbakalavra  xidmət göstərib

30 avqust 2023

Baxış sayı: 875

Azərbaycan Universitetinin Abituriyent Məsləhət Mərkəzinə 16-28 avqust 2023-cü il tarixlərində həyata keçirilən ixtisas seçimi günlərində 952 abituriyent və subbakalvr fərdi şəkildə yaxud yaxınları ilə birlikdə müraciət edib. Müraciət edən şəxslərdən 747-sinə məsləhət mərkəzində üzbəüz xidmət göstərilib, 205 nəfərin isə mərkəzin fəaliyyəti və ixtisas seçimi ilə bağlı telefon vasitəsilə daxil olan sorğusu cavablandırılıb.

Mərkəzin xüsusi təlim keçmiş əməkdaşları tərəfindən I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər, o cümlədən subbakalavrlara elektron ixtisas seçimi ərizəsinin doldurulması və təsdiq edilməsi, həmçinin ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər haqqında texniki dəstək və məsləhət xidməti göstərilib. 

Avqustun 31-də ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq üçün ixtisas seçimi başlayır və sentyabrın 4-nə qədər davam edəcək. Bu ixtisas seçimində, o cümlədən önümüzdəki günlərdə start veriləcək ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimində iştirak etmək istəyən abituriyentlər də Azərbaycan Universitetinin məsləhət mərkəzinə müraciət edə bilərlər.

Qeyd edək ki, mərkəz, 2018-ci ildə Dövlət İmtahan Mərkəzi tərəfindən yaradılıb və artıq 6 ildir ki ödənişsiz əsaslarla fəaliyyət göstərir. Mərkəzin xüsusi təlim keçmiş əməkdaşları abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər haqqında köməklik göstərirlər.

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küç., 71.
Tel.: (+099412) 431 41 17, 055 220 40 58

İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR