XƏBƏRLƏR

Abituriyentlər ixtisas seçimi günlərində Azərbaycan Universitetinə müraciət edə bilərlər

Abituriyentlər ixtisas seçimi günlərində Azərbaycan Universitetinə müraciət edə bilərlər

01 avqust 2022

Baxış sayı: 1212

Dövlət İmtahan Mərkəzi 2022/2023-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu kampaniyasını davam etdirir. I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər, o cümlədən subbakalavrlar üçün ixtisas seçimi 16-28 avqust tarixlərində həyata keçiriləcək.

Abituriyentlər və subbakalavrlar ixtisas seçimi günlərində elektron ixtisas seçimi ərizəsinin doldurulması və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər haqqında köməklik, texniki dəstək və məsləhət xidməti  üçün Azərbaycan Universitetində ödənişsiz əsaslarla fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərlər. Məsləhət mərkəzi həftənin 5 günü (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 16.00-dək xidmət göstərir.

Qeyd edək ki, Azərbaycan Universitetinin Abituriyent Məsləhət Mərkəzi, Dövlət İmtahan Mərkəzi tərəfindən 2018-ci ildə yaradılıb və  artıq 5 ildir ki, fəaliyyət göstərir.

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küç., 71.

Tel.: (+099412)431 41 17, 055 220 40 58

İctimaiyyətlə əlaqələr şöbəsi
01.08.2022

DİGƏR XƏBƏRLƏR