XƏBƏRLƏR

Abituriyentlər məsləhət xidməti üçün Azərbaycan Universitetinə müraciət edə bilərlər

Abituriyentlər məsləhət xidməti üçün Azərbaycan Universitetinə müraciət edə bilərlər

29 iyul 2024

Baxış sayı: 330

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlərin (həmçinin subbakalavrların) ixtisas seçimi 9 – 19 avqust tarixlərində aparılacaq.

İxtisas seçimi günlərində abituriyentlər, həmçinin subbakalavrlar texniki dəstək və məsləhət xidməti üçün Azərbaycan Universitetində fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərlər. 

Mərkəz şənbə, bazar və bayram günləri istisna olmaqla saat 10.00-dan 17.00-dək ödənişsiz əsaslarla fəaliyyət göstərir. 

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi ilə Azərbaycan Universiteti arasında əldə edilmiş razılığa əsasən 2018-ci ildə yaradılan Abituriyent Məsləhət Mərkəzi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə kömək məqsədilə fəaliyyət göstərir. 

Ünvan: Azərbaycan Universiteti

Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR