XƏBƏRLƏR

AGP Bakı Şəhər Sessiyasının təlimləri Azərbaycan Universitetində keçirilib

AGP Bakı Şəhər Sessiyasının təlimləri Azərbaycan Universitetində keçirilib

08 avqust 2019

Baxış sayı: 3188

Avropa Gənclər Parlamenti (AGP) Azərbaycan təşkilatının avqust ayının 9-dan 11-dək keçirəcəyi Bakı Şəhər Sessiyası adlı tədbirin təlimləri və informativ sessiyası Azərbaycan Universitetində təşkil olunub.

İnfosessiya ərzində 30-a yaxın iştrakçıya AGP haqqında ətraflı məlumat verilib və onların Bakı şəhər sessiyası ilə bağlı sualları cavablandırılıb.  Təlimlərdə isə AGP üzvləri 4 komandaya bölünərək sessiyanın təşkilinə dair təlimatları dinləyiblər.

Bakı Şəhər Sessiyasının əsas fərqləndirici özəlliyi işçi dilinin Azərbaycan dili olmasıdır.

Avropa Gənclər Parlamenti qitənin 41 ölkəsində fəaliyyət göstərir. Təşkilatın Azərbaycan nümayəndəliyi 2010-cu ildə təsis edilib. Nümayəndəlik indiyə qədər 50-dən çox tədbirə imza atıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
08.08.2019


DİGƏR XƏBƏRLƏR