XƏBƏRLƏR

Akademik yazı bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı təlim təşkil olunub

Akademik yazı bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı təlim təşkil olunub

01 aprel 2024

Baxış sayı: 369

Azərbaycan Universitetinin Xarici dillər kafedrası tərəfindən Akademik yazı (Academic Writing) bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təlim təşkil olunub. Kafedranın müəllimi Sübi Qənbərovanın apardığı təlimdə Akademik yazı (Academic Writing) haqqında ümumi məlumat verilib, esse və növlərindən bəhs olunub. Essenin yazılma qaydaları izah edilib və əsasən essenin giriş hissəsi ön plana çəkilib. Qeyd olunub ki, giriş oxucunu essenin həsr olunduğu mövzu ilə tanış etdiyi üçün üzərində diqqətlə durulan məsələ olmalıdır. 

Sübi Qənbərova təlimdə essenin növlərindən biri olan “opinion esse” haqqında ətraflı məlumat verib və nümunələr əsasında təqdimat nümayiş etdirib. Təqdimatın ardından təlimdə iştirak edən müəllimlər onlara verilən mövzu ətrafında esse hazırlayıblar. 

Təlim hazırlanan esselərin müzakirəsi ilə davam edib.  

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR