XƏBƏRLƏR

Amerikalı professor Mehrəngiz Nəcəfizadənin mühazirələri yekunlaşıb

Amerikalı professor Mehrəngiz Nəcəfizadənin mühazirələri yekunlaşıb

31 may 2022

Baxış sayı: 1170

2021/2022-ci tədris ilinin yaz semestrində “Fulbright” proqramı çərçivəsində Azərbaycan Universitetinin heyətində yer alan ABŞ-ın Kanzas Universitetinin professoru Mehrəngiz Nəcəfizadənin mühazirələri yekunlaşıb. Professor Mehrəngiz Nəcəfizadə Təhsildə sosial-psixoloji xidmət ixtisasının tələbələrinə “Genderə giriş” fənnini tədris edib.

Gender tədqiqatçısı qonaq professor ABŞ-a yola düşməzdən əvvəl rektor Səadət Əliyevanın qəbulunda olub. Səadət Əliyeva ali təhsildə müəllim-tələbə mübadiləsinin əhəmiyyətini və səmərəliliyini vurğulayıb, qonaq professora təşəkkür edib.

Mehrəngiz Nəcəfizadə səmimi qəbula görə və yaz semestrində Azərbaycan Universiteti kollektivinin bir parçası olmaqdan məmnunluğunu ifadə edib.

İctimaiyyətlə əlaqələr şöbəsi
31.05.2022


DİGƏR XƏBƏRLƏR