XƏBƏRLƏR

Azərbaycan Universitetində seminar: “Türkiyənin mühasibat uçotu və audit sistemi”

Azərbaycan Universitetində seminar: “Türkiyənin mühasibat uçotu və audit sistemi”

17 may 2017

Baxış sayı: 4300

Erasmus+ proqramı çərçivəsində Azərbaycan Universitetində olan Anadolu Universitetinin professoru Necdet Sağlam Biznes və iqtisadiyyat fakültəsində təhsil alan tələbələr üçün “Türkiyənin mühasibat uçotu və audit sistemi” mövzusunda seminar keçirib.

Qonaq professor seminarda Türkiyənin iqtisadi mövqeyi, dünya iqtisadiyyatına inteqrasiya prosesi, bu ölkədə mühasibat uçotunun və auditin tarixi və əhəmiyyəti, sahəni tənzimləyən normativ- hüquqi baza, beynəlxalq audit standartları, mühasib peşəsi kimi məsələlərə aydınlıq gətirib, sualları cavablandırıb.

Tədbirdə Anadolu Universitetində tədris olunan ixtisaslar, qoşulduğu mübadilə proqramları və universitetin Azərbaycan ilə əlaqələri haqqında da məlumat verilib, bu təhsil müəssisəsinin tanıtım çarxı nümayiş olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi
17.05.2017

DİGƏR XƏBƏRLƏR