XƏBƏRLƏR

APFM ilk təlimini Azərbaycan Universitetinin tələbələri üçün təşkil edib

APFM ilk təlimini Azərbaycan Universitetinin tələbələri üçün təşkil edib

25 aprel 2023

Baxış sayı: 1011

Azərbaycan Universiteti ilə Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində universitetin Biznes və iqtisadiyyat fakültəsinin tələbələri üçün ilk təlim təşkil olunub. ICB “Certificate in Advanced Bookkeeping” beynəlxalq proqramı üzrə təlimləri APFM-də akkreditə olunmuş “Finans Academy”nin təşkilatçılığı ilə assosiasiyanın Təhsil komitəsinin üzvü Əfqan Səfərli aparır. 

Təlim və imtahan Azərbaycan dilində təşkil olunur. Proqramı uğurlu nəticə ilə başa vuran tələbələr nüfuzlu “ICB Global” tərəfindən verilmiş beynəlxalq sertifikatlara sahib olacaq.

Qeyd edək ki, 2007-ci ildə təsis olunan peşəkar mühasib təşkilatı APFM Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına keçidlə bağlı layihələrdə fəal iştirak edir, hazırda ölkədə öndə gedən və beynəlxalq akkreditasiyalara malik olan peşəkar qurum kimi fəaliyyətini uğurla davam etdirir.

 İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR