XƏBƏRLƏR

Aqil Abbas Azərbaycan Universitetinin tələbələri ilə görüşüb

Aqil Abbas Azərbaycan Universitetinin tələbələri ilə görüşüb

16 mart 2022

Baxış sayı: 1607

Yazıçı-publisist, Milli Məclisin deputatı, “Ədalət” qəzetinin baş redaktoru Aqil Abbas Azərbaycan Universitetində olub. Rektor Səadət Əliyevanın qonağı olan yazıçı, daha sonra filologiya tələbələri ilə görüşüb.

Görüş Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimovanın giriş sözü, kafedranın professoru Asif Hacıyev və kafedranın dosenti Fərhad Mədətovun Aqil Abbasın həyat və yaradıcılığına həsr olunmuş məruzələri ilə başlayıb. Məruzələrdə Aqil Abbasın özünəməxsus üslubundan söz açılıb, yaradıcılığının ana xəttinin vətənpərvərlik və milli təəssübkeşlik olduğu vurğulanıb.

Çıxışlardan sonra Aqil Abbas tələbələrin onun yaradıcılığı, nəşr olunduğu dövrdə böyük hadisəyə çevrilən “Dolu”, XVIII əsrin sonunda Azərbaycan xanlıqları arasındakı ziddiyyətli münasibətlərdən, həmin dövrdə Qarabağda cərəyan edən hadisələrdən bəhs edən “Batmanqılınc” romanları, ədəbi görüşləri, Azərbaycan ədəbiyyatının dünyadakı mövqeyi haqqında suallarını cavablandırıb, tələbələrlə görüşməkdən hər zaman məmnun olduğunu vurğulayıb.

Sonda xatirə şəkli çəkdirilib, yazıçının tələbələrə kitabları hədiyyə edilib.

İctimaiyyətlə əlaqələr şöbəsi
16.03.2022

DİGƏR XƏBƏRLƏR