XƏBƏRLƏR

Asəf Kazımov və Bənövşə Əsgərovaya fəlsəfə doktoru diplomu təqdim olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə Azərbaycan Universitetinin doktorantı, İqtisadiyyat və idarəetmə kafedrasının müəllimi Asəf Əsəd oğlu Kazımova “Sahə iqtisadiyyatı” ixtisasında “iqtisad elmləri” elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi;  Azərbaycan Universitetinin dissertantı  Bənövşə Allahverdi qızı Əsgərovaya “German dilləri” ixtisasında “filologiya elmləri” elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

Ali Attestasiya Komissiyasında keçirilən tədbirlərdə doktorant və dissertantımıza müvafiq diplomlar təqdim olunub. 

Azərbaycan Universitetinin kollektivi adından onları bu münasibətlə təbrik edir, gələcək elmi fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR