XƏBƏRLƏR
Azərbaycan Universitetində Dövlət müstəqilliyi günü qeyd olunub
Azərbaycan Universitetində 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibəti ilə tədbir keçirilib. Tədbiri Universitetin rektoru Eldar Qəhrəmanov açaraq qeyd edib ki, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktının qəbul olunmasından 23 il keçir: “Azərbaycanın müstəqilliyini bərpa etməsi, bir əsrdə ikinci dəfə müstəqilliyinə qovuşması böyük siyasi hadisədir. Bölgədə və dünyada cərəyan edən böyük siyasi proseslərin fonunda baş verən bu tarixi hadisə, əsl bayram münasibətlə professor-müəllim heyətini və tələbələri təbrik edirəm”.
Tədbirdə Azərbaycan Universitetinin müəllimləri prof. Anar İsgəndərov və dos. Qabil Əliyev çıxış edərək, konstitususiya aktının tarixi əhəmiyyətindən, 23 il ərzində ölkədə baş verən ictimai-siyasi dəyişikliklər, əldə edilən uğurlar və əlamətdar hadisələrdən bəhs ediblər.
Çıxışlarda qeyd edilib ki, müstəqilliyin qorunub saxlanmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolu olmuşdur. Azərbaycanın təkcə bölgənin deyil, dünyanın da güclü ölkələrindən birinə çevrilməsi istiqamətində həyata keçirilən siyasi kurs bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
17.10.2016