XƏBƏRLƏR

Azərbaycan Universiteti X debat turnirinin qalibi “Mega Brain” komandası oldu

Azərbaycan Universiteti X debat turnirinin qalibi “Mega Brain” komandası oldu

18 aprel 2016

Baxış sayı: 5606

Azərbaycan Universiteti X Daxili Debat Turnirinin qalibi “Mega Brain” komandası oldu. Kənan Niftiyev (Dünya iqtisadiyyatı), Qorxmaz Ağahəsənov (Dövlət və bələdiyyə idarəetməsi) və Murad Babayevdən (Dövlət və bələdiyyə idarəetməsi) ibarət “Mega Brain” finalda “Atina” komandası ilə mübarizə aparıb. Qalib komanda Azərbaycan Universitetini Bakı Debat Forumunda təmsil edəcək.
Debat Klubu tərəfindən təşkil olunmuş X daxili debat turnirində ümumilikdə 10 komanda Karl Popper formatında yarışıb. Turnirin bu ilki mövzusu "Multikulturalizm - dovlətin etnosların qarşıdurmasına yol verilməməsi məqsədi ilə aparılan balanslaşdırılmış sosial-iqtisadi siyasətidir" olub.
Turnirin sonunda 8 ən yaxşı natiqin adları da açıqlanıb. Əfqan Əhmədzadə X daxili debat turnirinin ən yaxşı natiqi seçilib. Mehbarə Cəfərova ikinciliyə, Elşən Əhmədov isə üçüncülüyə layiq görülüb. Orxan Rahov, Murad Babayev, Rəvanə Səbzəlieva, Nicat Mənsimov, Nicat İsgəndərov, Aişə Qasımzadə, Günel İsaxanova da turnirin ən yaxşı natiqləri sırasında yer alıblar. Sənan Hümbətov isə turnirin ən yaxşı məşqçisi seçilib.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
18.04.2016

DİGƏR XƏBƏRLƏR