XƏBƏRLƏR

Tələbələrimiz “Heydər Əliyev və Azərbaycan tarixi” adlı bilik yarışında iştirak ediblər

Tələbələrimiz “Heydər Əliyev və Azərbaycan tarixi”  adlı bilik yarışında iştirak ediblər

10 noyabr 2016

Baxış sayı: 4988

Azərbaycan Universitetinin tələbələri “Heydər Əliyev və Azərbaycan tarixi” adlı III ümumrespublika bilik yarışında iştirak ediblər. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, ulu öndərin irsinin yaşadılması və yeni nəsil arasında təbliği, eyni zamanda, gənclərin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədi daşıyır.

Yarış üç turda keçirilib və hər turda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə, Azərbaycan tarixinə dair 12 sual səsləndirilib.

Münsiflər heyətində Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun nümayəndələri təmsil olunub.

Qalib komandalar üç tur üzrə qazanılmış ümumi xallar əsasında müəyyən edilib.

Bu ilki müsabiqədə ölkənin 42 ali məktəbin komandası iştirak edib. Hər komandada 6 əsas və 2 ehtiyat iştirakçı olub. Azərbaycan Universitetinin komandası müsabiqəni 14-cü yerdə başa vurub.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
10.11.2016

DİGƏR XƏBƏRLƏR