XƏBƏRLƏR

Azərbaycan Universiteti tərəfindən yeni dərs vəsaiti çap olunub

Azərbaycan Universiteti tərəfindən yeni dərs vəsaiti çap olunub

17 oktyabr 2014

Baxış sayı: 4593

Azərbaycan Universiteti tərəfindən “XX əsrin görkəmli ədəbiyyatşünas alimləri” adlı dərs vəsaiti çap olunub. Kitabın müəllifləri Azərbaycan Universitetinin müəllimi, filologiya elmlər doktoru prof. Qorxmaz Quliyev və universitetin Azərbaycan filologiyası və jurnalistika kafedrasının müdiri dos. Ülviyyə Rəhimovadır.
Azərbaycanlı oxucu üçün yeni bir hadisə olan kitabda XX əsrin ədəbi-bədii prosesinin əsas hərəkətverici qüvvəsinə çevrilmiş ədəbi-estetik cərəyanların aparıcı müəllifləri sistemli şəkildə tədqiq olunaraq oxuculara təqdim olunur. Dərs vəsaitində ədəbi prosesin dinamikasını əks etdirən Mixail Mixailoviç Baxtin, Aleksey Fyodoroviç Losev, Klod-Levi Stross, Jan Pol Sartr, Umberto Eko, Rolan Bart, Jan Starobinski və s. kimi ədəbiyyatşünasların həyat və yaradıcılığı haqqında məlumat verilir, yaradıcılıq yolları haqqında oçerklər və əsərlərindən nümunələr təqdim olunur.
692 səhifədən ibarət olan kitab filoloqlar, ədəbiyyat üzrə tədqiqatçılar, magistrant və doktorantlar, habelə geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
17.10.2014

DİGƏR XƏBƏRLƏR