XƏBƏRLƏR

Daxili şahmat turnirinin qalibi Nəzrin Əhmədzadə oldu

Daxili şahmat turnirinin qalibi Nəzrin Əhmədzadə oldu

07 dekabr 2015

Baxış sayı: 4943

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş daxili şahmat turniri keçirilib. Turnirin qalibi Maliyyə ixtisası üzrə təhsil alan I kurs tələbəsi Nəzrin Əhmədzadə olub. Vüqar Məmmədov (Maliyyə, II kurs) II yer, İnsafəli Hüseynzadə isə (Dövlət və bələdiyyə idarəetməsi, IV kurs) III yeri tutub.
Olimpiya sistemi ilə keçirilən və 3 saatdan çox davam edən gərgin yarışda bütün fakültə və ixtsaslar üzrə təhsil alan tələbələr iştirak edib. Qaliblər kubok və diplomla mükafatlandırılıb.
Bu il üçüncüsü keçirilən ənənəvi turnirin məqsədi universitetdə təhsil alan iti zəka sahibləri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və onların asudə vaxtlarının səmərəli təşklinə töhvə verilməsidir.
Qalibləri təbrik edirik!

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
07.12.2015

DİGƏR XƏBƏRLƏR