XƏBƏRLƏR

Azərbaycan Universitetinin kollektivi nikbin əhval-ruhiyyə ilə yeni ilə hazırdır

Azərbaycan Universitetinin kollektivi nikbin əhval-ruhiyyə ilə yeni ilə hazırdır

29 dekabr 2017

Baxış sayı: 6195

Azərbaycan Universitetinin kollektivi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirib. “Excelsior Hotel&Spa Baku”da təşkil olunmuş tədbirdə universitet rəhbərliyi, inzibati heyət və müəllimlər iştirak edib. Tədbirdə universitetin 2017-ci ildəki fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub, bildirilib ki, həyata keçirilən yenilik və islahatlar yeni ildə yeni uğurlara köklənmək üçün stimul yaradır.

Rektor Səadət Əliyeva təbrik nitqi ilə çıxış edərək, universitet kollektivini hər iki əlamətdar hadisə münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.

Tədbir iştirakçıları bayram süfrəsi arxasında zəngin bədii proqram, musiqi və rəqslərin müşayiətində 2017-ci ilin yorğunluğunu üzərlərindən atıblar.  

Bayram şənliyi maraqlı məqamlarla yadda qalıb. Şənliyin ən unudulmaz anlarından biri inzibati heyətin “İlin ənləri” nominasiyaları üzrə mükafatlandırılması olub.

  • İlin ən fədakar və etibarlı əməkdaşı-Nüşabə Quliyeva (Rektorun müşaviri)
  • İlin ən alicənab əməkdaşı-Yusif Qasımov (Elm işləri üzrə prorektor)
  • İlin ən müdrik əməkdaşı-Kəmalə Əfəndiyeva (İnsan resursları şöbəsinin müdiri)
  • İlin ən məsuliyyətli əməkdaşı-Nurlana Məmmədova (Hüquq şöbəsinin müdiri)
  • İlin ən kreativ əməkdaşı-Lalə Dilənova (İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi)
  • İlin ən ciddi əməkdaşı-Könül Məmmədova (Ümumi şöbənin müdiri)
  • İlin ən fəal əməkdaşı-Samirə Məmmədova (Xarici dillər kafedrasının müdiri)
  • İlin ən tolerant əməkdaşı-Natiq Məmmədov (Biznes və iqtisadiyyat fakültəsinin dekan müavini)
  • İlin ən humanist əməkdaşı-Asif Paşayev (İnformasiya kommunikasiya texnologiyaları fakültəsinin dekanı)
  • İlin ən sabit əməkdaşı-Aygün Musayeva (Sosial iş fakültəsinin dekanı)
  • İlin ən zəhmətkeş əməkdaşı-Tariyel Qəni (Tədris şöbəsinin müdiri)
  • İlin ən yaradıcı əməkdaşı-Ülviyyə Rəhimova (Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri)
  • İlin ən icraçı əməkdaşı-Azər Rəşidov (Maliyyə departamentinin direktoru)

İctimaiyyətlə əlaqələr şöbəsi
29.12.2017

DİGƏR XƏBƏRLƏR