XƏBƏRLƏR

Azərbaycan Universitetinin müəllimləri Türkiyədə beynəlxalq simpoziumda iştirak edib

Azərbaycan Universitetinin müəllimləri Türkiyədə beynəlxalq simpoziumda iştirak edib

18 noyabr 2018

Baxış sayı: 3685

Azərbaycan Universitetinin Maliyyə və iqtisadiyyat kafedrasının baş müəllimləri Ruhəngiz Əliyeva və Esmira Kazımova 16-17 noyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən II Beynəlxalq Multidisiplinar Akademik  Tədqiqatlar Simpoziumunda (IMASES-2018) məruzə ilə çıxış ediblər.

Ruhəngiz Əliyevanın “Azərbaycanda sosial infrastrukturların mövcud vəziyyəti və davamlı inkişafı” adlı məruzəsində davamlı inkişafda əhalinin sağlamlığının təmin olunması, əmək qabiliyyətinin bərpası, təhsil sisteminin günün tələbləri səviyyəsində qurulması, mənəvi rifah halının və mədəni yaşayışının yaxşılaşdırılması, sosial sferanın mövcud vəziyyəti ilə bağlı məsələlərə toxunulur. Sosial sferanın inkişafı istiqamətində ona xidmət edən sosial infrastrukturların inkişaf səviyyəsi ilə bağlı məsələlər araşdırılır. Simpoziuma təqdim olunan məqalənin digər həmmüəllifi kafedranın baş müəllimi Qətibə Nəcəfovadır.

Esmira Kazımovanın “Müasir zamanda universitet pedaqoqunun yenilikçi (innovasiya) fəaliyyəti” adlı məruzəsində isə ali məktəblərin müasir dövrdə yenilikçi rolu, tədris prosesində pedaqoqun yenilikçi (innovasiya) fəaliyyəti, tətbiq etdiyi üsul və metodlar, təhsil sahəsində rəqabətdə innovasiya tətbiqinin rolu araşdırılır.

Qeyd edək ki, ənənəvi beynəlxalq tədbirin əsas məqsədi fənlər arasında əlaqələrin qurulması və təkmilləşdirilməsi istiqamətində imkanların araşdırılmasıdır.

İctimaiyyətlə əlaqələr şöbəsi
18.11.2018

DİGƏR XƏBƏRLƏR